AIDx layihəsinin açılış mərasimi keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Aqrar Gənclər Təşkilatının təşkilatçılığı ilə AIDx (Agriculture İnnovation Development) layihəsinin açılış mərasimi keçirilib.

"Yaşıl Təhsil Hərəkatı" layihəsi çərçivəsində keçirilən görüşdə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Çıxış edən Universitetin rektoru Zəfər Qurbanov ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı uğurlu mübarizəsindən danışaraq, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetindən birinin məhz “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olduğunu bildirərək, tədbir iştirakçılarına uğurlar arzulayıb.

Ege Universitetinin əməkdaşı Serdar Gökhan Şenol "Yok oluştan, Yön verişe" adlı mövzuda çıxış edərək, tələbələri maraqlandıran sualları cavablandırıb.

Aqrar Gənclər Təşkilatının sədri Əli Məmmədov keçirilən AIDx layihəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

AIDx  layihəsinin açılış mərasimi keçirilibAIDx  layihəsinin açılış mərasimi keçirilibAIDx  layihəsinin açılış mərasimi keçirilibAIDx  layihəsinin açılış mərasimi keçirilib
AIDx  layihəsinin açılış mərasimi keçirilib
AIDx  layihəsinin açılış mərasimi keçirilib
AIDx  layihəsinin açılış mərasimi keçirilib