Aqrar şirkətlər qrupu olan Agro Food İnvestments MMC-nin rəhbəri Vahid Novruzov və onu müşayiət edən nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər ediblər.
Qonaqlarla görüşən Universitetin rektoru Zəfər Qurbanov son illərdə ali təhsil müəssisəsinin yerli və transmilli aqrar yönümlü şirkətlərlə sıx əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırıb. Rektor deyib ki, gələcəyin dayanıqlı kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsi üçün universitet-sənaye əməkdaşlığı müstəsna rola malikdir.
Vahid Novruzov Aqrar Universitetində olmaqdan məmnunluğunu ifadə edərək, kadr hazırlığında birgə əməkdaşlığın önəmini qeyd edib.
Görüşdə tələbələrin təcrübə məsələləri, birgə əməkdaşlığın genişləndirilməsi və perspektivləri də müzakirə olunub.
Sonra qonaqlar universitetin müasir laboratoriyalarına, Gəncə Dövlət Aqrar Kollecinə, Açıq balıq yetişdirmə laboratoriyasına, istixana təsərrüfatına və Biotexnologiya mərkəzinə baş çəkib, maddi-texniki baza ilə yaxından tanış olublar.