Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar Mərkəzinin əməkdaşları və universitetin bir qrup tələbəsi Gəncə KOB evində olublar.
Səfər çərçivəsində KOB evinin əməkdaşları tərəfindən iştirakçılara bu mərkəzin fəaliyyəti, sahibkarlara təqdim olunan xidmətlərin strukturu və iş mexanizmi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, burada biznes subyektlərinə həm dövlət qurumları ilə qarşılıqlı əlaqəni təmin edən “G2B” (government to business), həm də sahibkarlar arasında əməkdaşlığı gücləndirən “B2B” (business to business) xidmətlər təqdim olunur. Bildirilib ki, Gəncə KOB evi yalnız Gəncə şəhərində deyil, eyni zamanda ətraf rayon və bölgələrdə fəaliyyət göstərən sahibkarlara da xidmət edir və ümumilikdə 80-dən çox müxtəlif xidmət növü təklif olunur.
Vurğulanıb ki, xidmətlərin vahid məkanda təqdim olunması sahibkarlar üçün həm vaxt itkisini minimuma endirir, həm də əməliyyat xərclərini azaldaraq daha effektiv biznes mühiti yaradır.
Görüş zamanı ADAU İnnovasiyalar Mərkəzi ilə Gəncə KOB evi arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub, innovasiya, startapların dəstəklənməsi və sahibkarlığın inkişafı istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi imkanları nəzərdən keçirilib

EN
AZ