ADAU və EGE Universitetinin bir qrup professor-müəllimi Ağstafa və Tovuz rayonlarında olublar

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun rəhbərliyi ilə universitetin bir qrup əməkdaşı və Türkiyənin EGE Universitetinin bir qrup professor-müəllimi Ağstafa Aqrar Sənaye Kompleksində olublar.

“Ağstafa Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Oruc Mənsurov qonaqlara kompleks haqqında ətraflı məlumat verib. Bildirib ki, kompleksdə saatda 5 ton emal gücü olan paxlalı bitkilərin toxumu istehsalı zavodu, saatda 25 ton emal gücü olan dənli bitkilərin toxumu istehsalı zavodu, saatda 200 ton təmizləmə və 50 ton qurutma avadanlığı ilə təchiz olunmuş, ümumi həcmi 36 min ton saxlama gücü olan rezervuarlar quraşdırılıb. Bundan başqa, kompleksdə sutkada 120 ton emal gücü olan dəyirman, çörək və yarımfabrikatlar istehsalı zavodu, müasir avadanlıqlarla təchiz edilmiş fast-food iaşə xidmətləri obyekti, aqromarket, yeraltı avtomobil dayanacağı inşa edilərək istifadəyə verilib.

Sonra Tovuz rayonunda ölkəmizdə üzümçülük və şərabçılığın inkişafına böyük töhfələr verən, Azərbaycanda ilk özəl şərabçılıq şirkətlərindən biri olan “Naiqin K Tovuz-Baltiya” Məhdud Məsuliyyətli Cəmiyyətinə baş çəkilib.

“Naiqin K Tovuz-Baltiya” MMC-nin təsisçisi və direktoru Naiq Məhəmmədhəsənov qonaqlara şirkətin yaranma tarixindən danışıb. O xatırladıb ki, MMC-nin əsası Ulu Öndərin xeyir-duası, dəstək və qayğısı ilə qoyulub. Azərbaycanda üzümçülüyün və şərabçılığın aqrar-sənaye sahələri arasında xüsusi yer tutmaqla, əlavə dəyər yaradılması və iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

ADAU və EGE Universitetinin bir qrup professor-müəllimi Ağstafa və Tovuz rayonlarında olublarADAU və EGE Universitetinin bir qrup professor-müəllimi Ağstafa və Tovuz rayonlarında olublarADAU və EGE Universitetinin bir qrup professor-müəllimi Ağstafa və Tovuz rayonlarında olublarADAU və EGE Universitetinin bir qrup professor-müəllimi Ağstafa və Tovuz rayonlarında olublarADAU və EGE Universitetinin bir qrup professor-müəllimi Ağstafa və Tovuz rayonlarında olublarADAU və EGE Universitetinin bir qrup professor-müəllimi Ağstafa və Tovuz rayonlarında olublarADAU və EGE Universitetinin bir qrup professor-müəllimi Ağstafa və Tovuz rayonlarında olublarADAU və EGE Universitetinin bir qrup professor-müəllimi Ağstafa və Tovuz rayonlarında olublarADAU və EGE Universitetinin bir qrup professor-müəllimi Ağstafa və Tovuz rayonlarında olublarADAU və EGE Universitetinin bir qrup professor-müəllimi Ağstafa və Tovuz rayonlarında olublarADAU və EGE Universitetinin bir qrup professor-müəllimi Ağstafa və Tovuz rayonlarında olublarADAU və EGE Universitetinin bir qrup professor-müəllimi Ağstafa və Tovuz rayonlarında olublarADAU və EGE Universitetinin bir qrup professor-müəllimi Ağstafa və Tovuz rayonlarında olublarADAU və EGE Universitetinin bir qrup professor-müəllimi Ağstafa və Tovuz rayonlarında olublarADAU və EGE Universitetinin bir qrup professor-müəllimi Ağstafa və Tovuz rayonlarında olublar