ADAU tələbəsi Rusiyanın Gənclər və Tələbə Turizmi Proqramının təqdimatında iştirak edib

Bakıda Rus Evində Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin Gənclər və Tələbə Turizmi Proqramının təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Gənclər Təşkilatının sədr müavini Samir Quliyev də iştirak edib.

Proqramın məqsədi ikitərəfli əməkdaşlıq qurmaq və beynəlxalq istiqaməti genişləndirməkdir. Tədbir iştirakçılarını Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov qarşılayıb. Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Dövlət Gənclər Siyasəti və Təhsil Fəaliyyəti Departamentinin Gənclərin Beynəlxalq Əməkdaşlığı və Turizmi Departamentinin rəis müavini Konstantin Malışev və Studturizm Proqramının PR xidmətinin mütəxəssisi Anastasiya Lenets proqramın məqsədləri və “studenturism.rf” platformasının funksionallığı haqqında ətraflı məlumat təqdim ediblər.

Tədbirdə Proqramın layihələri və fəaliyyət istiqamətləri, həmçinin MDB və Aİİ məkanında tələbə və gənclər üçün turizmin müasir inkişaf vektorları müzakirə olunub.


ADAU tələbəsi Rusiyanın Gənclər və Tələbə Turizmi Proqramının təqdimatında iştirak edibADAU tələbəsi Rusiyanın Gənclər və Tələbə Turizmi Proqramının təqdimatında iştirak edibADAU tələbəsi Rusiyanın Gənclər və Tələbə Turizmi Proqramının təqdimatında iştirak edibADAU tələbəsi Rusiyanın Gənclər və Tələbə Turizmi Proqramının təqdimatında iştirak edib