Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) Tələbə Gənclər Təşkilatının sədr müavini Samir Quliyev Belarusun Minsk şəhərində keçirilən Könüllülər hərəkatının koordinatorları arasında təcrübə mübadiləsi və MDB Üzv Dövlətlərin Könüllülər Forumunda iştirak edib.
Beynəlxalq forumun açılış mərasimindən sonra “MDB-də könüllülük fəaliyyətinin təşkili təcrübəsindən” müzakirə platforması baş tutub.
Belarus, Rusiya, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan nümayəndələri könüllülük sahəsində uğurlu təcrübələri, maraqlı layihələri və könüllülük sahəsində təşəbbüslərini forum iştirakçılarına təqdim ediblər.
Könüllülər hərəkatının əlaqələndiriciləri arasında təcrübə mübadiləsi üzrə Beynəlxalq Forumun və MDB Üzv Dövlətlərin Könüllülər Forumunun iştirakçıları Belarusda könüllülər hərəkatının əsas platforması olan Respublika Könüllülər Mərkəzi ilə tanış olublar.
Respublika Könüllülər Mərkəzinin rəhbəri Viktoriya Zaxarevskaya mərkəzin fəaliyyətindən və respublikada könüllülüyün təşkili sistemindən danışıb.