Dünyanın ən nüfuzlu ali təhsil reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” agentliyi tərəfindən “QS Avropa 2026” (QS Europe 2026) və “QS Qərbi Asiya 2026” (QS Western Asia 2026) reytinq nəticələri açıqlanıb.
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) prestijli QS Avropa Universitetlərinin Reytinqində 601–650 diapazonunda qərarlaşaraq, bu siyahıda ilk dəfə iştirak etməklə uğurlu debütə imza atıb. Avropada 4000-dən artıq ali təhsil müəssisəsinin fəaliyyət göstərməsinə baxmayaraq, QS Avropa 2026 reytinqinə yalnız 958 universitet daxil edilib. Cari ildə reytinqə daxil edilən ali təhsil müəssisələri arasında ADAU universitetlərin 37,3 faizini geridə qoyaraq rəqabətqabiliyyətli və güclü mövqeyini nümayiş etdirib.
ADAU eyni zamanda QS Avropa reytinqlərinin regional siyahılarında da fərqlənib. Belə ki, universitet QS Qərbi Asiya 2026 reytinqində 54-cü yerə, Azərbaycan üzrə reytinqə daxil olan 15 ali təhsil müəssisəsi arasında 10-cu yerə, ölkənin regional ali təhsil müəssisələri arasında isə 2-ci yerə layiq görülüb.
Azərbaycan Dövlət Aqrar Universiteti “QS Avropa 2026” reytinqində yer alan bütün Azərbaycan ali təhsil müəssisələrini təbrik edir, onlara gələcək fəaliyyətlərində davamlı inkişaf, beynəlxalq rəqabətqabiliyyətinin daha da güclənməsi və yeni akademik uğurlar arzulayır.

EN
AZ