ADAU-nun startapı beynəlxalq sərgilərdə maraqla qarşılanıb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) startap layihəsi XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgilərində ziyarətçilərə təqdim olunur.

Ölkə Prezidenti cənab İlham Əliyevə də təqdim olunan “Azirrigation” layihəsi süni intellektlə dəstəklənmiş, IoT texnologiyası ilə işləyən ağıllı suvarma sistemidir. Təzyiq tənzimləyicilərinə malik e-valflar və mobil tətbiqlə inteqrasiya olunmuş sistem vasitəsilə fermer bir toxunuşla sahəsinə tam nəzarət edə bilir. Eyni zamanda, sistem ona məhsuldarlığı necə artıracağı barədə məlumat və tövsiyələr də verir.

5 hektar sahədə sınaqdan keçən texnologiya nəticəsində su istifadəsi 100 tondan 5 tona enib, yəni suya 95% qənaət edib. Eyni zamanda məhsuldarlıq 2 dəfə artıb.

Hazırda 300 min dollarlıq investisiya raunduna çıxan layihənin 50 faizini avadanlıq istehsalına, 30 faizini tədqiqat və inkişafa, 20 faizini isə bazar genişlənməsinə ayırmağı planlaşdırılır. Proqnozlara əsasən, bu texnologiya bir il ərzində 4.2 milyon dollar gəlir gətirə bilər.

Sərgidə ADAU-nun İnnovasiya mərkəzinin rəhbəri Elvin Ağayev, III kurs tələbəsi Şirvan Həsənov və Fidan Mürsəlova, I kurs tələbəsi Sadiq Mustafayev və II kurs tələbəsi Bayram Süleymanov iştirak ediblər.

Qeyd edək ki, Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını, həmçinin açıq sahəsini əhatə edən və mayın 16-da başa çatacaq “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir. İştirakçı və ziyarətçilərin istəkləri nəzərə alınaraq, bu il sərgilər 4 gün davam edəcək.


ADAU-nun startapı beynəlxalq sərgilərdə maraqla qarşılanıbADAU-nun startapı beynəlxalq sərgilərdə maraqla qarşılanıbADAU-nun startapı beynəlxalq sərgilərdə maraqla qarşılanıbADAU-nun startapı beynəlxalq sərgilərdə maraqla qarşılanıb