ADAU-nun əməkdaşları Şərqi Finlandiya Universitetində

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Ekologiya kafedrasının rəhbəri Musa Bayramov, assistentlər Ceyhunə Hacıyeva, Günay Abbasova və Mədinə Abışova Finlandiyanın Kuopio şəhərində yerləşən Şərqi Finlandiya Universitetində Erasmus+ proqramı çərçivəsində ezamiyyədə olublar.

Proqram çərçivəsində ADAU-nun nümayəndə heyəti Şərqi Finlandiya Universitetinin keyfiyyət təminatı sistemi, zəngin kitabxanası, böyük imkanlara malik laboratoriyaları ilə tanış olub, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin də iştirak etdiyi KAFEİN-də (Mərkəzi Asiya, Qafqaz və Finlandiya Təhsil Qurumları seminarında) iştirak ediblər.

Həmçinin, ADAU-nun Ekologiya kafedrası və Şərqi Finlandiya Universitetinin Ətraf mühit və bioloji elmlər kafedrası arasında gələcəkdə ikili diplom, tələbə mübadilə proqramların mümkünlüyü mövzusunda müzakirələr aparılıb.

Qonaqlar Finlandiya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə nümayəndəsi Olli Nurmi, Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Sven Klimet və Tacikistan və Özbəkistan Səfirinin Attaşesi Heini Laukkanen ilə görüş keçirərək region ölkələrinin inkişafı üzrə ortaq layihələrin icrası üçün imkanlar və həyata keçirilə biləcək birgə layihələri müzakirə ediblər.


ADAU-nun əməkdaşları Şərqi Finlandiya UniversitetindəADAU-nun əməkdaşları Şərqi Finlandiya UniversitetindəADAU-nun əməkdaşları Şərqi Finlandiya UniversitetindəADAU-nun əməkdaşları Şərqi Finlandiya UniversitetindəADAU-nun əməkdaşları Şərqi Finlandiya UniversitetindəADAU-nun əməkdaşları Şərqi Finlandiya UniversitetindəADAU-nun əməkdaşları Şərqi Finlandiya Universitetində