Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tərəfdaş olduğu Avropa Birliyinin “Erasmus+KA2” proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində növbəti uğurlu əməkdaşlığa imza atıb. Bu çərçivədə ADAU-nun 5 magistr tələbəsi – BSE, İqtisadiyyat, Bitki Mühafizəsi, Ekologiya və Tərəvəzçilik ixtisasları üzrə təhsil alan gənclər, Polşanın Poznan Həyat Elmləri Universitetinə (PULS) səfər ediblər.
Bir ay müddətində davam edən bu səfərdə tələbələr PULS-un maddi-texniki bazası ilə yaxından tanış olmaq imkanı qazanıblar. Eyni zamanda, onlar universitetin tədris proqramlarına inteqrasiya olunaraq dərslərdə iştirak ediblər, bu isə onların ixtisaslaşma istiqamətlərində bilik və bacarıqlarını daha da dərinləşdirməyə şərait yaradıb.
ADAU-nun beynəlxalq layihələrdə fəal iştirakı və belə uğurlu təcrübə proqramları universitetin dünya səviyyəli təhsil mərkəzi kimi mövqeyini daha da gücləndirir.