“ADAU-nun Elmi Əsərləri” jurnalı ERIH PLUS beynəlxalq indeks bazasına qəbul edilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəşr etdiyi “ADAU-nun Elmi Əsərləri” jurnalı ERIH PLUS beynəlxalq indeks bazasına qəbul edilib.

Qeyd edək ki, ERIHPLUS elmi bazası Avropada humanitar və sosial elmlər sahəsində qəbul edilən akademik jurnal indeksidir. Eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisadiyyat, hüquq, fəlsəfə və sosiologiya,siyasi elmlər, psixologiya, sənətşünaslıq və memarlıq, tarix və antropologiya, filologiya, pedaqogika ixtisasları üzrə dissertasiyaların nəticələrinin dərc olunmasına icazə verilən dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxildir.
Yaxın zamanlarda jurnalda çap olunmuş məqalələr də tam olaraq bazanın axtarış sistemində yerləşdiriləcək.
ERIH PLUS bazasında “ADAU-nun Elmi Əsərləri” jurnalının səhifəsi
https://kanalregister.hkdir.no/publiseringskanaler/erihplus/periodical/info?id=507058


“ADAU-nun Elmi Əsərləri” jurnalı ERIH PLUS beynəlxalq indeks bazasına qəbul edilib