Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “BMT-nin dayanıqlı inkişaf məqsədləri”nə həsr olunmuş internet səhifəsi fəaliyyətə başlayıb.
Bildiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"də əks olunan 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) 1 yanvar 2016-cı il tarixində rəsmi şəkildə qüvvəyə minib. Universal xarakter daşıyan bu Məqsədlər yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq kimi mühüm vəzifələrinin həllinə istiqamətlənib.
Eyni zamanda Böyük Britaniyanın “The Times Higher Education” nəşri də dünya universitetlərinin reytinqini tərtib edərkən ölçü meyarları olaraq universitetlərdə 17 Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) istiqamətində görülən işləri əsas olaraq götürür. THE Impact Rankings 1700-dən çox universitetin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələri ölçür. Universitetlər tədqiqatları, təhsilləri və qlobal sosial çağırışların həlli yolu ilə dünyaya geniş təsir göstərə bilər. THE Impact Rankings universitetlərin bu təsirə necə töhfə verdiyinin şəffaf qiymətləndirilməsini təmin edən mühüm vasitədir. Bu qiymətləndirmə metodu təkcə universitetlər arasında bərabər rəqabət mühiti yaratmaqla bərabər, həm də dünyanı daha yaxşı bir yerə çevirməyə öz töhfələri baxımından onların güclü və zəif tərəflərini müəyyən etməyə kömək edir.
Bütün bunları nəzərə alaraq rektor Zəfər Qurbanovun tapşırığı əsasında Azərbaycan Dövlət Aqrar Universitetində Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində görülən fəaliyyətlər barədə məlumatları özündə əks etdirən xüsusi internet səhifəsi yaradılmış və hər üç dildə Universitetin internet səhifəsinin əsas panelinə əlavə edilmişdir.
İnternet səhifəsini həm http://sdg.adau.edu.az/ linki vasitəsi ilə, həm də universitetin rəsmi internet səhifəsinə (https://www.adau.edu.az/) daxil olub “ADAU-da davamlılıq”/ “Sustainability at ADAU”/ “Устойчивость” başlıqlarına klikləyərək ziyarət edə bilərsiniz.