ADAU-nun bir qrup əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Dövlət Aqrar Univeristetinin (ADAU) bir qrup əməkdaşı Rumıniyanın Timişoara Banat Aqrar Elmlər və Baytarlıq Təbabəti Universitetində dünyanın 11 ölkəsindən (Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Misir, Keniya, Monteneqro, Rusiya Federasiyası, Özbəkistan, Tacikistan) olan iştirakçıların qoşulduğu Yaşıl Beynəlxalq Erasmus+ Yay Həftəsi adlı beynəlxalq tədbirdə iştirak edib.

Tədbirin məqsədi aqrar sahədə potensialın artırılması, işgüzar əlaqələrin yaradılması və inkişafı, universitetlər arası təcrübə mübadiləsinin genişləndirilməsindən ibarətdir.

ADAU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Küşvər Məmmədova çıxış edərək, Azərbaycanın və Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşanı təqdim edərək ölkəmiz, Gəncə şəhəri, habelə burada yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti haqqında geniş məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin Universitetə daim göstərdiyi diqqət və qayğısı nəticəsində formalaşdırılmış zəngin maddi-texniki baza, tələbə evləri, yeni tədris korpusu barəsində tədbir iştirakçılarını hərtərəfli məlumatlandırmışdır.

Qeyd edək ki, 24 iyul tarixindən start götürmüş beynəlxalq tədbirin 31 iyul tarixinədək davam etməsi nəzərdə tutulur.

ADAU-nun bir qrup əməkdaşı beynəlxalq tədbirdə iştirak edibADAU-nun bir qrup əməkdaşı beynəlxalq tədbirdə iştirak edibADAU-nun bir qrup əməkdaşı beynəlxalq tədbirdə iştirak edibADAU-nun bir qrup əməkdaşı beynəlxalq tədbirdə iştirak edib