ADAU məzunları Dövlət Proqramının qalibi oldular

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) üç məzunu Azərbaycan Respublikasının Dövlət Proqramı çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistratura səviyyəsində təhsil almaq hüququ qazanıblar.

Belə ki, ADAU–EGE beynəlxalq ikili diplom proqramının “Aqronomluq (EGE)” ixtisası üzrə məzunu Vüqar Qurbanov Ege Universitetinin Kənd Təsərrüfatı Fakültəsində “Bitkilərin seleksiyası və genetikası” ixtisasında, həmin fakültənin digər məzunu Hüseyn Bağırlı isə Ege Universitetinin “Aqronomluq” ixtisası üzrə magistratura təhsilinə qəbul olunub.

Baytarlıq Təbabəti Fakültəsinin “Baytarlıq” ixtisası üzrə məzunu İsmayıl Soltanov Böyük Britaniyanın Southampton Universitetində “Ali Biologiya Elmləri” ixtisası üzrə magistratura təhsili alacaq.

ADAU ailəsi olaraq məzunlarımızı səmimi-qəlbdən təbrik edir, təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

ADAU ilə birlikdə – Oxu, Fərqlən, Qazan!


ADAU məzunları Dövlət Proqramının qalibi oldularADAU məzunları Dövlət Proqramının qalibi oldularADAU məzunları Dövlət Proqramının qalibi oldular