ADAU əməkdaşı “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqənin qalibləri sırasındadır

Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqənin qalibləri müəyyənləşib. İyunun 22-də keçirilən müsabiqənin finalında iştirak edən 191 namizəddən ən yüksək bal toplayan 30 nəfər qalib adını qazanıb.

Qaliblər sırasında Azərbaycan Dövlət Aqrar Universitetinin İnnovasiyalar Mərkəzinin müdiri Elvin Ağayev də var.

Əməkdaşımızı təbrik edir, uğurlarının davamlı olmasını diləyirik!


ADAU əməkdaşı  “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqənin qalibləri sırasındadır