ADAU komandası “StartupFest Gəncə” proqramının qalibidir

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “StartupFest Gəncə” proqramının qalibləri ilə görüş keçirilib.

Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov qalib komanda üzvləri - Elgün Mahmudov, Sahib Əsgərov, Elvin Ağayev və Nicat Cəfərovu təbrik edərək, yeni ideya və startaplarını həyata keçirmək üçün Aqrar Universitetin daim tələbələrinin yanında olduğunu bildirib.

Bildirilib ki, 2 ay davam edən “StartupFest Gəncə” proqramı çərçivəsində startap ideyaları olan 70-dən artıq komanda, 200-dən çox gənc müraciət edib və ilkin mərhələdə seçilən 12 komandaya 8 müxtəlif moduldan ibarət akselerasiya proqramı keçirilib. Modullar çərçivəsində komandalar təlimlərdən əldə etdikləri bilikləri startap ideyaları üzrə prototiplərin hazırlanmasında istifadə ediblər. Sonda startap komandaları ideyalarını təqdim edib və jürilər tərəfindən qiymətləndiriblər. Jürilərin səsverməsi nəticəsində qalib seçilən komandalara hədiyyələr təqdim edilib.

Tələbələr göstərilən diqqət və qayğıya görə təşəkkür edib.


ADAU komandası “StartupFest Gəncə” proqramının qalibidirADAU komandası “StartupFest Gəncə” proqramının qalibidirADAU komandası “StartupFest Gəncə” proqramının qalibidir