ADAU-EGE ikili diplom proqramı tələbələrinin 5 elmi layihəsi TÜBİTAK tərəfindən qəbul edilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin EGE Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələrin 5 elmi-tədqiqat layihəsi Türkiyənin Elmi və Texnoloji Tədqiqatlar Şurası (TÜBİTAK) tərəfindən qəbul olunaraq dəstək qazanıb.

Layihələr toxum texnologiyaları və bitki stresslərinə davamlılıq sahəsində aparılan tədqiqatları əhatə edir. Soya, çörəkotu və aspir kimi əkin bitkilərində toxumların cücərmə və çıxış qabiliyyətini artırmaq məqsədilə müxtəlif priming (ön cücərtmə) üsullarının effektivliyi araşdırılaraq, bu üsulların toxum keyfiyyətinə təsiri qiymətləndirilib. Tədqiqatlarda aktiv iştirak edən tələbələr – Vüqar Qurbanov, Yusif Osmanlı, Əşrəf Bağırlı, Orxan Əliyev, Günay Əliyeva və Ruslan Kosaevi fərqli bitkilər üzərində priming metodlarını sınaqdan keçirməklə toxum gücünün artırılması və daha homojen çıxışın təmin olunması istiqamətində elmi əsaslar ortaya qoyublar.

Digər bir layihə çərçivəsində isə tələbə Hüseyn Bağırlı buğda bitkisində fotoprotektiv piqmentlərin (xüsusilə karotinoidlərin) müxtəlif genotiplərdə miqdarını təhlil edərək, iqlim dəyişikliklərinə davamlı sortların seçilməsi istiqamətində mühüm nəticələr əldə edib.


ADAU-EGE ikili diplom proqramı tələbələrinin 5 elmi layihəsi TÜBİTAK tərəfindən qəbul edilibADAU-EGE ikili diplom proqramı tələbələrinin 5 elmi layihəsi TÜBİTAK tərəfindən qəbul edilibADAU-EGE ikili diplom proqramı tələbələrinin 5 elmi layihəsi TÜBİTAK tərəfindən qəbul edilibADAU-EGE ikili diplom proqramı tələbələrinin 5 elmi layihəsi TÜBİTAK tərəfindən qəbul edilib
ADAU-EGE ikili diplom proqramı tələbələrinin 5 elmi layihəsi TÜBİTAK tərəfindən qəbul edilib
ADAU-EGE ikili diplom proqramı tələbələrinin 5 elmi layihəsi TÜBİTAK tərəfindən qəbul edilib
ADAU-EGE ikili diplom proqramı tələbələrinin 5 elmi layihəsi TÜBİTAK tərəfindən qəbul edilib