ADAU-da yaz imtahan sessiyasına start verilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.

İmtahanların gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə yaradılan İmtahan Qərargahı və Apellyasiya Komissiyası sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

Rəhbərliyin tam nəzarəti altında keçiriləcək sessiyada bütün imtahanların mövcud normativ sənədlər əsasında və təlimata uyğun keçirilməsi, nizam-intizamın yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb. Tələbələr universitet daxili intizam qaydaları, imtahan cədvəlləri üzrə kafedralarda müvafiq imtahanqabağı məsləhət saatlarının təşkili, eyni zamanda imtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət qaydaları haqda ətraflı məlumatlandırılıb.

Qeyd edək ki, sessiya müddətində Universitetin kitabxana və oxu zalları saat 08:30-dan 19:00-dək xüsusi qrafik əsasında fəaliyyət göstərəcək.


ADAU-da yaz imtahan sessiyasına start verilibADAU-da yaz imtahan sessiyasına start verilibADAU-da yaz imtahan sessiyasına start verilibADAU-da yaz imtahan sessiyasına start verilib
ADAU-da yaz imtahan sessiyasına start verilib
ADAU-da yaz imtahan sessiyasına start verilib
ADAU-da yaz imtahan sessiyasına start verilib
ADAU-da yaz imtahan sessiyasına start verilib