ADAU-da radiasiyanın zərəri və mahiyyəti ilə bağlı seminar keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsinin professor-müəllim və tələbə heyəti üçün “Radio bioloji tədqiqatlar, radiasiyanın zərəri və mahiyyəti” mövzusunda seminar təşkil olunub.

Seminarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamentinin müdiri, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Cəlal Nağıyev mövzu ətrafında geniş məlumat verib.

O bildirib ki, radioaktiv şüalardan tibb və baytarlıq elmində geniş istifadə edilir. Müəyyən cihazların köməyi ilə rentgen və ultrasonoqrafiya aparılır. Müayinənin diaqnozunun təyinində, travmatologiya və onkologiyada radioaktiv şüaların rolu əvəzedilməzdir.

Seminardan sonra yeni avadanlıqların nümayişi, onların təyinatı və istifadə qaydaları ilə bağlı məlumatlar da verilib.


ADAU-da radiasiyanın zərəri və mahiyyəti ilə bağlı seminar keçirilibADAU-da radiasiyanın zərəri və mahiyyəti ilə bağlı seminar keçirilibADAU-da radiasiyanın zərəri və mahiyyəti ilə bağlı seminar keçirilibADAU-da radiasiyanın zərəri və mahiyyəti ilə bağlı seminar keçirilibADAU-da radiasiyanın zərəri və mahiyyəti ilə bağlı seminar keçirilibADAU-da radiasiyanın zərəri və mahiyyəti ilə bağlı seminar keçirilibADAU-da radiasiyanın zərəri və mahiyyəti ilə bağlı seminar keçirilibADAU-da radiasiyanın zərəri və mahiyyəti ilə bağlı seminar keçirilibADAU-da radiasiyanın zərəri və mahiyyəti ilə bağlı seminar keçirilibADAU-da radiasiyanın zərəri və mahiyyəti ilə bağlı seminar keçirilib