ADAU-da “Qardaş səsi” adlı ədəbi-bədii gecə keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Aqrar Gənclər Təşkilatı, ADAU-EU beynəlxalq ikili diplom proqramı və Ege Universiteti Türkçe Öğretim Biriminin (TÖBİR) birgə təşkilatçılığı ilə “Qardaş səsi” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə çıxış edən Universitetin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova Azərbaycan - Türkiyə qardaşlığından danışıb, bu cür tədbirlərin gənclərin vətənpərvər ruhda formalaşmasına, mənəvi inkişafının gücləndirilməsinə töhfə verdiyini və ənənəvi olmasının vacibliyini bildirib.

Daha sonra çıxış edən Ege Universitetinin əməkdaşı Asuman Gürman Şahin "Azərbaycan - Türkiyə şairləri tələbələrin gözü ilə" adlı mövzu ilə çıxış edib.

Sonda tələbələr tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya təqdim olunub. Altı hissədən ibarət musiqili kompozisiyada tələbələr hər iki ölkənin tanınmış şairlərindən, xüsusilə də dahi şair Nizami Gəncəvidən şeirlər səsləndirib, musiqilər ifa ediblər.


ADAU-da “Qardaş səsi” adlı ədəbi-bədii gecə keçirilibADAU-da “Qardaş səsi” adlı ədəbi-bədii gecə keçirilibADAU-da “Qardaş səsi” adlı ədəbi-bədii gecə keçirilibADAU-da “Qardaş səsi” adlı ədəbi-bədii gecə keçirilib
ADAU-da “Qardaş səsi” adlı ədəbi-bədii gecə keçirilib
ADAU-da “Qardaş səsi” adlı ədəbi-bədii gecə keçirilib
ADAU-da “Qardaş səsi” adlı ədəbi-bədii gecə keçirilib