ADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Gəncə Şəhər Ağsaqqallar Şurasının, Şəhər İcra Hakimiyyətinin və Gəncə Şəhər Baş Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilib.

Konfransda əvvəlcə Dövlət Himni səsləndirilib sonra torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov narkomaniyanın fəsadlarından bəhs edib, bu dəhşətli bəlaya qarşı mübarizənin hamımız üçün aktual xarakter daşıdığını bildirib. Rektor deyib ki, narkomaniyanın gənclər arasında yayılmasının qarşısını almaq üçün bütün təhsil müəssisələrində maarifləndirmə işləri daha da gücləndirilməlidir.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şura tərəfindən müntəzəm olaraq bu aktual mövzuda tədbirlərin, görüşlərin keçirildiyini, gənclərlə maarifləndirici söhbətlərin aparıldığını qeyd edib.

Sonra çıxış edən Gəncə Şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, ehtiyatda olan polis polkovnik-leytenantı Ramiz Sadıxov, ADAU-nun Əczaçılıq kafedrasının müəllimi Samirə Quliyeva, baş müəllimi Sakit Atakişiyev, polis kapitanı Əmrah Cəfərov, tələbə Həmid Səfərov və başqaları narkotik maddələrdən istifadə nəticəsində baş verə biləcək fəsadlardan, narkoloji xəstələrin müayinə və müalicəsindən, həmçinin bu bəla ilə təsirli mübarizədən və onun aradan qaldırılması tədbirlərindən söz açıblar.


ADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilibADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilibADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilibADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilibADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilibADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilibADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilibADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilibADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilibADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilibADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilibADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilib