Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) korrupsiyaya qarşı mübarizə ilə əlaqədar tədbir keçirilib.
Tədbir Elm və Təhsil Nazirliyinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar baş tutub.
ADAU-nun rektoru Zəfər Qurbanov, tədris işləri üzrə prorektor Əhməd Məlikov, Ümumi işlər üzrə prorektor Ramin Məmmədov korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində müəllim-tələbə kollektivinin maarifləndirilməsi istiqamətində çıxışlar ediblər.
Həmçinin, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri Aynur Həsənova çıxışında deyib ki, ADAU-da tələbə-müəllim münasibətlərində şəffaf mühit yaradılıb və ali təhsil müəssisəsi fəaliyyətini cənab Prezident İlham Əliyevin ölkənin inkişafı üçün müəyyənləşdirdiyi prioritet istiqamətlərə uyğun qurmaqdadır.