ADAU-da iqlim dəyişikliyinin təsirinin azaldılması ilə bağlı təlim keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsində “Davamlı ətraf mühit, dolanışıq və yaşıl iqtisadiyyat üçün sıfır tullantı” mövzusunda təlim keçirilib.

Təlim SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyasının, Ətraf Mühit və Sosial İnkişaf Təşkilatının (Banqladeş) birgə icra etdiyi “İqlim dəyişmələrinin uşaqlara təsiri” layihəsi çərçivəsində reallaşıb. ADAU-nun professor-müəllim heyəti, tələbələri, Gəncə Şəhər İcra Hakimiyyətinin, bələdiyyə qurumlarının, Gəncə KOB İnkişaf Mərkəzinin nümayəndələri, Texnologiya Universitetinin tələbələri və sahibkarlardan ibarət 100-ə yaxın iştirakçı ekoloq sıfır tullantı üzrə beynəlxalq ekspert Şəhriyar Hüseyn tərəfindən mövzu ilə bağlı maarifləndirilib.

Təlimdə sıfır tullantının ətraf mühitin mühafizəsi, dayanıqlı dolanışıq vasitələrinin təmin olunması və yaşıl iqtisadiyyata keçid üçün bir alət kimi əhəmiyyəti geniş izah edilib. İştirakçılar sıfır tullantı prinsipləri, onların gündəlik fəaliyyət, müvafiq sənədlərin hazırlanması zamanı və biznes strategiyalarında tətbiqi ilə bağlı praktiki biliklərlə təmin ediliblər.

Həmçinin, çıxış edən Baytarlıq təbabəti fakültəsinin dekanı Şəlalə Zeynalova, Torpaqşünaslıq və aqrokimya fakültəsinin dekanı Xaliq Xəlilov, Bitki mühafizəsi kafedrasının müdiri Yaqub Hacıyev və Mülki müdafiə kafedrasının müdiri Eldar Zeynalov COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən və zərərli tullantıların ekosistemə vurduğu ziyandan bəhs ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi çərçivəsində həyata keçirilən layihənin məqsədi iqlim dəyişikliyinin təsirinin azaldılması prosesinə töhfə verməkdir. Layihə çərçivəsində ağacəkmə aksiyaları, iməciliklərin təşkili də nəzərdə tutulur.

ADAU-da iqlim dəyişikliyinin təsirinin azaldılması ilə bağlı təlim keçirilibADAU-da iqlim dəyişikliyinin təsirinin azaldılması ilə bağlı təlim keçirilibADAU-da iqlim dəyişikliyinin təsirinin azaldılması ilə bağlı təlim keçirilibADAU-da iqlim dəyişikliyinin təsirinin azaldılması ilə bağlı təlim keçirilib