ADAU-da “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə birgə “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib.

Konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Tədbirdə Universitet rəhbərliyi, professor-müəllim və tələbələri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbərliyi və əməkdaşları həmçinin Qərb zonası üzrə nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov universitetdə könüllülük fəaliyyəti və gənclər təşkilatlarının missiyaları haqqında məlumat verib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı, bu təsisat öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başladı. Həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı.

Çıxış edən ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə deyib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra Ulu Öndər Heydər Əliyevin gənclər və təhsil sahəsində fəaliyyətindən bəhs edən videoçarx konfrans iştirakçılarına nümayiş olunub.

Daha sonra çıxış edənlər həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyevin həyata keçirdiyi işlər və qəbul etdiyi qərarlardan söhbət açıblar.


ADAU-da “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilibADAU-da “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilibADAU-da “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilibADAU-da “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilibADAU-da “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilibADAU-da “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilibADAU-da “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib