ADAU-da Gənclər Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən ADAU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İbrahim Qasımov, Tələbə Gənclər Təşkilatının sədri Nizami Məmmədov və Aqrar Gənclər təşkilatının sədri Əli Məmmədov ölkəmizdə gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşıldığını, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verildiyini diqqətə çatdırıblar.

Universitetin rektoru Zəfər Qurbanov gəncləri əlamətdar gün münasibətilə təbrik edərək, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd olunduğunu deyib. Rektor bildirib ki, bugün dövlət tərəfindən gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir.

Sonra Universitetin ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllülük fəaliyyətinin təşkili və bu fəaliyyətin həyata keçirilməsində fəal iştiraklarına görə bir sıra gəncə Fəxri fərman təqdim olunub.

Qeyd edək ki, 1 fevral tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən 2 fevral Gənclər Gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatlarının "Respublika Forumu 2024" keçirilib. Formun mükafatlandırma mərasimində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Nizami Məmmədov “İlin Tələbə Gənclər Təşkilatı Sədri”, Təşkilatın Baş Katibi Nuray Məmmədzadə isə “İlin TGT Nümayəndəsi” nominasiyasına layiq görülüb.


ADAU-da Gənclər Günü münasibətilə tədbir keçirilibADAU-da Gənclər Günü münasibətilə tədbir keçirilibADAU-da Gənclər Günü münasibətilə tədbir keçirilibADAU-da Gənclər Günü münasibətilə tədbir keçirilibADAU-da Gənclər Günü münasibətilə tədbir keçirilibADAU-da Gənclər Günü münasibətilə tədbir keçirilibADAU-da Gənclər Günü münasibətilə tədbir keçirilibADAU-da Gənclər Günü münasibətilə tədbir keçirilibADAU-da Gənclər Günü münasibətilə tədbir keçirilibADAU-da Gənclər Günü münasibətilə tədbir keçirilibADAU-da Gənclər Günü münasibətilə tədbir keçirilibADAU-da Gənclər Günü münasibətilə tədbir keçirilibADAU-da Gənclər Günü münasibətilə tədbir keçirilibADAU-da Gənclər Günü münasibətilə tədbir keçirilibADAU-da Gənclər Günü münasibətilə tədbir keçirilib