Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) "Daxili Hüzura Səfər" adlı nəfəs meditasiyası tədbiri keçirilib.
Tədbirdə ADAU-nun əməkdaşı Turanə Əsədova və EGE Universitetinin nümayəndəsi Tansel Kaygısız meditasiya vasitəsilə zehni rahatlıq, daxili harmoniya və enerji balansı əldə etmək haqqında tədbir iştirakçılarına məlumat veriblər.
Seminarda ADAU-EGE beynəlxalq ikili diplom proqramında dərs tədris edən professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Çıxış edənlər bildirib ki, meditasiyanın müxtəlif növləri var. Onların hamısının təməlində konsentrasiya və nəfəs kontrolu dayanır. Şəxs nəfəs texnikaları ilə müəyyən yerlərə fokuslanaraq, gündəlik düşüncələrindən uzaqlaşır və öz daxili dünyasına səyahət edər. Bu proses insanın əhval-ruhiyyəsini daha yaxşı edir. Meditasiya müntəzəm olaraq aparıldıqda, bu müsbət əhval-ruhiyyə daha uzunmüddətli ola bilər.