ADAU-da “Bilik Kuboku 1.0” intellektual oyunu keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar Gənclər Təşkilatının təşkilatçılığı ilə "Yaşıl Təhsil Hərəkatı" layihəsi çərçivəsində “Bilik Kuboku 1.0” adlı intellektual oyun keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

İntellektual yarışmada ADAU-nun tələbələrindən ibarət 9 komanda iştirak edib. Hər komandada 4 nəfər olmaqla tələbələr “Nə? Harada? Nə Zaman?” və “Erudit-Kvartet” intellektual oyunlarında bilik, bacarıq və dünya görüşlərini sınayıblar.

Gərgin və maraqlı mübarizənin sonunda I yerə “Bu komanda”, II yerə “Feniks”, III yerə isə “Victor” komandası layiq görülüb.

Yarışın sonunda qaliblərə kubok, diplom və sertifikatlar təqdim olunub. Tədbirin məqsədi gənclərin intellektual potensialını inkişaf etdirmək, onların yaradıcı düşüncə qabiliyyətlərini stimullaşdırmaq və komanda işini təşviq etmək olub.


ADAU-da “Bilik Kuboku 1.0” intellektual oyunu keçirilibADAU-da “Bilik Kuboku 1.0” intellektual oyunu keçirilibADAU-da “Bilik Kuboku 1.0” intellektual oyunu keçirilibADAU-da “Bilik Kuboku 1.0” intellektual oyunu keçirilibADAU-da “Bilik Kuboku 1.0” intellektual oyunu keçirilibADAU-da “Bilik Kuboku 1.0” intellektual oyunu keçirilibADAU-da “Bilik Kuboku 1.0” intellektual oyunu keçirilib