ADAU-da Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi anılıb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin 1993-cü il məzunları 29 il sonra tələbə yoldaşları Azərbaycanın Milli Qəhrəmanı şəhid İxtiyar Qasımovun xatirəsini anıblar.

Əvvəlcə tədbir iştirakçıları İxtiyar Qasımovun şərəfinə ucaldılan abidəni ziyarət edib, önünə tər çiçəklər düzərək Vətən uğrunda canından keçən bütün şəhidlərin və İxtiyar Qasımovun əziz xatirəsini ehtiramla yad ediblər.

Aqronomluq fakültəsində davam edən tədbirin ikinci hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbir iştirakçıları üçün tələbələrin hazırladığı vətənpərvər ruhda şeir və mahnılar səsləndirilib, milli rəqslər nümayiş olunub.

Tədbirdə ADAU-nun elmi işlər üzrə prorektoru, dosent Azad İbrahimov, Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov, şəhid İxtiyar Qasımovun ailə üzvləri, müəllim və tələbələr həmçinin, Universitetin Aqronomluq fakültəsinin 1993-cü il məzunları iştirak ediblər.

İxtiyar Qasımovun tələbə yoldaşı Sahib Məmmədov 29 ildən sonra ADAU-nun 60-a dək məzununun bir araya gələrək tələbə yoldaşlarının xatirəsini yad etməyi özlərinə borc bildiyini deyib: “Hamımız bu gün Gəncəyə doğma universitetimizə gələrək Milli Qəhrəman İxtiyar Qasımovun xatirəsini andıq. Bu işi onun tələbə yoldaşları olaraq özümüzə borc bildik. Həm də Aqrar Universiteti belə müasir, dünya universitetləri ilə rəqabət aparacaq səviyyədə görmək bizi çox qürurlandırdı”.

Şəhidin qardaşı Cəmil Qasımov tədbir təşkilatçılarına öz minnətdarlığını bildirərək torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət dilədiyini deyib: “İxtiyar 1990-cı ildə könüllü olaraq Ağdam rayonunun özünü müdafiə batalyonuna daxil olub. Ağdam və Ağdərənin əksər kəndlərinə gedən qanlı döyüşlərin iştirakçısı olub. 1992-ci il iyunun 14-də tək özü düşmənlə döyüşərək düşmənin 17 nəfər ermənini məhv edərək qəhrəmancasına şəhid olub”.

“Aqronomluq fakültəsinin tələbəsi olan İxtiyar Qasımov intizamlı, əlaçı və gözəl idmançı olmaqla bərabər o vaxtı universitetin bütün professor-müəllim heyətinin və tələbə kollektivinin böyük hörmətini qazanmışdır. Onun əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır,”- İxtiyarın müəllimi olan ADAU-nun professoru Firudin Qurbanov onun haqqında xatirələrini danışarkən deyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 9 dekabr 1992-ci ildə Qasımov İxtiyar Qasım oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib.

Onun təhsil aldığı Ağdam rayonunun Kəngərli kənd orta məktəbi, Gəncə və Ağdam şəhərlərində bir küçə onun adını daşıyır.


ADAU-da Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi anılıbADAU-da Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi anılıbADAU-da Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi anılıbADAU-da Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi anılıbADAU-da Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi anılıbADAU-da Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi anılıbADAU-da Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi anılıbADAU-da Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi anılıbADAU-da Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi anılıbADAU-da Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi anılıbADAU-da Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi anılıbADAU-da Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi anılıbADAU-da Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi anılıbADAU-da Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi anılıbADAU-da Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi anılıb