ADAU-da 16-cı Karyera Sərgisi: 100-dən çox şirkət, 1000-dən çox vakansiya

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 16-cı “Karyera Sərgisi-2024” keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında yerləşən abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Aqrar Universitetin tanıtım çarxı nümayiş edilib.

Tədbirin açılış mərasimində çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov hər il ənənəvi olaraq keçirilən karyera sərgilərinin əhəmiyyətindən danışıb, məzun olan tələbələrə uğurlar arzu edib. O deyib ki, sərgidə 100-dən çox təşkilat və şirkət tərəfindən 1000-dən çox vakant yer təqdim olunub.

Çıxış edən kənd təsərrüfat naziri Məcnun Məmmədov diqqətə çatdırıb ki, kənd təsərrüfatının intensiv inkişafı aqrar sektorda innovasiyaların tətbiqindən və yüksək ixtisaslı mütəxəssislərin mövcudluğundan birbaşa asılıdır. Məhz bu səbəbdən bütün dünyada olduğu kimi, Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasını təmin edən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev və Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop keçirilən karyera sərgisinin əhəmiyyətindən bəhs edərək, məzun olan tələbələrə uğurlar arzu ediblər.

Açılış mərasimindən sonra iştirakçı şirkət və müəssisələrin təmsilçiləri vakant iş yerləri barədə məzun və qonaqlara ətraflı məlumat veriblər.

Daha sonra Azərbaycan Dövlət Aqrar Universiteti ilə Meyvə-tərəvəz İstehsalçıları və İxracatçıları Birliyi Assosasiyası arasında birgə əməkdaşlıq haqqında əməkdaşlıq memorandumu imzalanıb.

Sonda kənd təsərrüfatı naziri Məcnun Məmmədov tələbələrlə görüş keçirib, onları dinləyib, suallarını cavablandırıb.

ADAU-da 16-cı Karyera Sərgisi: 100-dən çox şirkət, 1000-dən çox vakansiyaADAU-da 16-cı Karyera Sərgisi: 100-dən çox şirkət, 1000-dən çox vakansiyaADAU-da 16-cı Karyera Sərgisi: 100-dən çox şirkət, 1000-dən çox vakansiya