Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfəri etmişdir. İlk növbədə, bu səfər Azərbaycanın xarici siyasətində sabit, etibarlı və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə əsaslandığını bir daha göstərir və eyni zamanda mühüm siyasi, strateji əhəmiyyət daşıyır. Qeyd edək ki, səfər zamanı tərəflər arasında keçirilən görüşlər və səsləndirilən bəyanatlar Azərbaycan–Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu təsdiqləyir.
Cənab Prezident İlham Əliyevin çıxışında iqtisadi əməkdaşlıq və investisiya məsələlərinə xüsusi diqqət yetirilməsi Azərbaycan–Gürcüstan münasibətlərində iqtisadi faktorun həlledici rol oynadığını göstərir. Eyni zamanda, Gürcüstana qoyulan milyardlarla dollarlıq sərmayə Azərbaycanın regional iqtisadi güc kimi mövqeyini daha da möhkəmləndirdiyini sübut edir.
Enerji və nəqliyyat layihələrinin inkişafı bu səfərin strateji istiqamətlərindən biri kimi çıxış edir. Belə ki, Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi layihələr Azərbaycanın həm regionda, həm də qlobal miqyasda geosiyasi əhəmiyyətini artırır və ölkəni beynəlxalq enerji və logistika sistemində əsas aktorlardan birinə çevirir. Bu isə milli maraqların beynəlxalq layihələr vasitəsilə təmin edilməsinin uğurlu nümunəsi kimi qiymətləndirilə bilər.
Səfər çərçivəsində regional təhlükəsizlik və sülh məsələlərinin müzakirə olunması Azərbaycanın məsuliyyətli və təşəbbüskar dövlət kimi çıxış etdiyini göstərir. Prezident İlham Əliyevin Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi ilə bağlı fikirləri isə Azərbaycanın regionda sabitliyin formalaşmasında aparıcı rol oynadığını təsdiqləyir.
Nəticə etibarilə, dövlət başçısı İlham Əliyevin Gürcüstana dövlət səfəri iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın növbəti təzahürü olmaqla yanaşı, regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf baxımından mühüm addım kimi qiymətləndirilir. Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə, regional sabitliyin güclənməsinə, iqtisadi və enerji əməkdaşlığının genişlənməsinə, Azərbaycanın geosiyasi mövqeyinin daha da artmasına və dövlətlərarası etimadın dərinləşməsinə xidmət edir.

Tarix üzrə fəlsəfə doktoru, dosent Samirə Qasımova,
Azərbaycan Dövlət Aqrar Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti
EN
AZ