1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan müqaviləsi və Türkmənçay müqaviləsi ilə Azərbaycan xalqının parçalanmasının və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulmuş, sonrakı dövrdə isə bu torpaqların özgəninkiləşdirilməsi prosesi başlamışdır. Qısa müddətdə ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilmişdir.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər, sayca azlıq təşkil etmələrinə baxmayaraq, havadarlarının dəstəyi ilə “Erməni vilayəti” adlı inzibati bölgünün yaradılmasına nail olmuşlar. Bu süni ərazi bölgüsü azərbaycanlıların öz torpaqlarından sıxışdırılıb çıxarılmasına və xalqımıza qarşı soyqırımı siyasətinin həyata keçirilməsinə zəmin yaratmışdır. “Böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədilə tarix saxtalaşdırılmış, Azərbaycanın və ümumilikdə Qafqazın tarixi təhrif edilmişdir.
Bu siyasətin davamı olaraq 1905–1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilmişdir. Bakıdan başlanan hadisələr təkcə şəhərlərlə məhdudlaşmamış, həm Azərbaycanın müxtəlif bölgələrini, həm də indiki Ermənistan ərazisində yerləşən azərbaycanlı kəndlərini əhatə etmişdir. Nəticədə yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə insan qətlə yetirilmişdir.
Birinci Dünya müharibəsi və Rusiyada baş verən 1917-ci il fevral və oktyabr çevrilişlərindən istifadə edən erməni silahlı dəstələri bu dəfə bolşevik bayrağı altında fəaliyyət göstərərək öz məqsədlərini həyata keçirməyə çalışmışlar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən “əksinqilabçılarla mübarizə” adı altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı həyata keçirilmişdir.
Nəticədə tarixə Mart soyqırımı kimi daxil olan faciə baş vermişdir. Bakı şəhərində, eləcə də Şamaxı, Quba və digər bölgələrdə on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, məscidlər, qəbiristanlıqlar və mədəni abidələr məhv edilmişdir. Sonrakı dövrlərdə bu qırğınlar Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan və İrəvan bölgələrində də davam etdirilmişdir.
Soyqırımı zamanı əhaliyə qarşı son dərəcə qəddar üsullardan istifadə edilmiş, insanlar kütləvi şəkildə qətlə yetirilmiş, əmlakları talan olunmuşdur. Daşnak-bolşevik silahlı birləşmələri Bakıda əhalinin əmlakını müsadirə etmiş, dini və tarixi abidələri dağıtmışdır. Təzəpir məscidi zədələnmiş, İsmailiyyə binası yandırılmış, “Kaspi” qəzeti redaksiyası, “Dağıstan” və “İsgəndəriyyə” mehmanxanaları məhv edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu faciənin araşdırılmasına xüsusi diqqət yetirilmiş, 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyası yaradılmışdır. Komissiya Şamaxı, Quba və digər bölgələrdə törədilmiş cinayətləri araşdırmış, toplanmış materiallar əsasında dünya ictimaiyyətinə həqiqətlərin çatdırılması istiqamətində addımlar atılmışdır. 1919 və 1920-ci illərdə 31 mart günü ümummilli matəm günü kimi qeyd edilmişdir.
Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, hadisələrə tam siyasi-hüquqi qiymət verilməsi mümkün olmamışdır. Yalnız 80 ildən sonra – 1998-ci il martın 26-da Ümummilli lider **Heydər Əliyev**in imzaladığı fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmiş və bu hadisələrə dövlət səviyyəsində siyasi qiymət verilmişdir.
Son illərdə aparılan tədqiqatlar nəticəsində yeni faktlar üzə çıxarılmışdır. 2007-ci ildə Quba şəhərində aşkar edilmiş kütləvi məzarlıq bu faciənin ən dəhşətli sübutlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilmişdir. Aşkar olunan məzarlıqda müxtəlif yaş qruplarına aid yüzlərlə insanın qalıqları tapılmış, onların arasında qadınlar və uşaqların çoxluğu faciənin miqyasını bir daha göstərmişdir. Bu ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksi 2013-cü ildə istifadəyə verilmişdir.
Açılış mərasimində Prezident İlham Əliyev qeyd etmişdir ki, sovet dövründə bu həqiqətlər gizlədilmiş, cinayətkarlar qəhrəman kimi təqdim olunmuşdur. Yalnız müstəqillik dövründə tarixi ədalət bərpa olunmuş, xalqımız öz həqiqi tarixini öyrənmək imkanı qazanmışdır.
Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri də tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, xalqımıza qarşı törədilmiş cinayətlərin ifşa olunmasıdır. Bu məqsədlə Prezident İlham Əliyev 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır.
Eyni zamanda, son dövrlərdə aparılan araşdırmalar və işğaldan azad edilmiş ərazilərdə aşkar olunan kütləvi məzarlıqlar bu cinayətlərin davamlı xarakter daşıdığını bir daha sübut edir.
Nəticə etibarilə, 31 Mart soyqırımı Azərbaycan xalqının tarixində dərin iz qoymuş faciə olmaqla yanaşı, milli yaddaşımızın ayrılmaz hissəsidir. Azərbaycan dövləti və xalqı soyqırımı qurbanlarının xatirəsini daim ehtiramla yad edir və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətini davam etdirir.

İctimai fənlər kafedrasının müdiri, dosent Elgün Aslanov,
Azərbaycan Dövlət Aqrar Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti
EN
AZ