Xocalı soyqırımının 31-ci ildönümünün universitetdə qeyd edilməsi məqsədilə
ƏMR EDİRƏM :
ƏMR EDİRƏM :
1. Fakültə dekanlarına tapşırılsın:
1.1. 24.02.2023-cü il tarixində ilk dərs saatı Xocalı soyqırımına həsr edilmiş xüsusi dərslər təşkil edilsin;
1.2. İctimai təşkilatlarla birlikdə Xocalı soyqırımına həsr olunmuş tədbirlər, ədəbi-bədii kompozisiyaların, tələbələrin rəsm sərgilərinin təşkili, sənədli və bədii filmlərin nümayişi həyata keçirilsin;
1.3. İctimai təşkilatlarla birlikdə Xocalı soyqırımında həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlər təşkil edilsin;
2. Əmr ADAU-nun www.adau.edu.az internet səhifəsində yerləşdirilsin.
3. Ümumi şöbə (V.Hüseynova) əmri çoxaldaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 15.02.2023-ci il tarixli 3-29/3-2-557/2023 əmri
Rektor vəzifəsini icra edən:
Zəfər Qurbanov