USAID Özəl Sektorun İnkişafı Layihəsi (PSA) “Ferrero” şirkəti (HCo) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə birlikdə Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramına (TSP) başlayır

Texniki Sertifikat Proqramı "aqronomluq", "torpaqşünaslıq və aqrokimya", "bitki mühafizəsi" və "bağçılıq və tərəvəzçilik" ixtisasının sonuncu kurs tələbələrinin və həmin ixtisasların məzunlarının fındıq istehsalından məhsul yığımına qədər fındıq istehsalı prosesinə rəhbərlik edərək praktiki təhsil təcrübəsi təmin edəcəkdir.

Yanvar ayından etibarən başlayacaq layihədə nəzəri və praktiki təlimlər keçiriləcəkdir. Layihənin ilk təlim sessiyası 21.01.2023 və 22.01.2023-cü il tarixlərində istəkli, ixtisasını və tutduğu peşəni sevən, işinə məsuliyyətli 35 nəfərin iştirakı ilə keçiriləcəkdir.

Layihəyə karyera@adau.edu.az elektron ünvanına CV göndərməklə müraciət edən və uyğun hesab edilən ilk 35 nəfər şəxsin müraciəti qəbul edilmiş və təsdiqlənmişdir. Prosesin növbəti mərhələsi üçün ADAU Təcrübə və Karyera Mərkəzi tərəfindən iştirakçı olaraq seçilən 35 nəfər üçün whatsapp qrup yaradılacaq və orada mütəmadi olaraq məlumatlar paylaşılacaqdır.

Əlavə sual və yaxud təkliflə bağlı olaraq müraciət edənlərdən ADAU Təcrübə və Karyera Mərkəzinə (Mühəndislik fakültəsi otaq 246) yaxınlaşmaqları xahiş edilir.

QEYD: Daha əvvəl TSP proqramlarında iştirak edən şəxslərin cari layihədə iştirakı uyğun hesab edilmir.