"Qeyri-neft sektoru və qlobal ərzaq təhlükəsizliyi problemləri” mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcək

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ


ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 100-CÜ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ “QEYRİ-NEFT SEKTORU VƏ QLOBAL ƏRZAQ TƏHLÜKƏSİZLİYİ PROBLEMLƏRİ” MÖVZUSUNDA RESPUBLİKA ELMİ - PRAKTİKİ KONFRANSININ KEÇİRİLMƏSİ NƏZƏRDƏ TUTULMUŞDUR.

Hörmətli həmkarlar!

Sizi 27-28 aprel 2023-cü il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Qeyri-neft sektoru və qlobal ərzaq təhlükəsizliyi problemləri” mövzusunda Respublika elmi-praktiki konfransda iştirak etməyə dəvət edirik.

Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis
Konfransda iştirak forması: Əyani və onlayn (hibrid)
Konfransda aşağıdakı bölmələr üzrə məruzələr qəbul olunur:
- Aqrar təhsildə innovativ yanaşmalar
- Aqrar sahədə məhsuldarlığın yüksəldilməsinin innovativ yolları
- Ərzaq təhlükəsizliyi və ekoloji təmiz məhsul istehsalı
- Ərzaq təhlükəsizliyinin təmin edilməsində heyvandarlıq məhsulları istehsalının səmərəliliyinin artırılması
- İnteqrir bitki mühafizəsi və zərərvericilərə qarşı mübarizə
- Texnogen təsirlərin mühit amillərinə və təbii sərvətlərə təsiri
- Ətraf mühitdə baş verən qlobal dəyişikliklər və ekoloji problemlər
- Aqrar sahədə innovativ texnologiyaların tətbiqi və informasiya proqram təminatı
- Resursqoruyucu və enerji qoruyucu texnologiyalar
- Elektron kənd təsərrüftı, coğrafi informasiya texnologiyaları (CİS)
- Ərzaq təhlükəsizliyinin dayanıqlı inkişafının təmin olunması problemləri

Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
• Məruzələr azərbaycan, türk, rus və ingilis dillərindən (elektron variantda) birində qəbul olunur;
• Məruzənin mətni 4-6 səhifə həcmində, kompüterdə Microsoft Word formatında, Arial şriftlə (hərflərin ölçüsü -12 pt., interval – 1.5, abzas - 1.25), sətirdən-sətrə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 25 mm, sağdan -15 mm, yuxarı və aşağıdan - 20 mm olmaqla, A4 formatlı standart (210x297 mm) kağızda çap olunmalıdır;
• Mətnin əvvəlində, ortadan qalın və böyük hərflərlə məruzənin adı (azərbaycan, rus və ingilis dillərində), altından bir sətir boş buraxmaqla adi və kiçik hərflərlə məruzəçinin elmi dərəcəsi, elmi adı, adı, atasının adı, soyadı, onun altında işlədiyi təşkilatın və şəhərin adı, ondan da altda müəllifin elektron poçt ünvanı, bir sətir boş buraxılmaqla abzasdan kursiv və kiçik hərflərlə məqalənin yazıldığı dildə qısa xülasə, 5 sözdən ibarət açar sözlər yazılmalıdır.
• Məruzədə istifadə edilmiş istinadlar APA 6 stilində (Məmmədov, 2018) müəllifin və ya müəlliflərin soyadı və çap ili qeyd olunmaqla, istifadə olunmuş ədəbiyyatların siyahısı isə mətnin sonunda əlifba sırası ilə APA 6 stilində göstərilməlidir.
• Materiallar 15 aprel 2023-cü il tarixinədək conference@adau.edu.az email ünvanına göndərilməlidir.
• Təşkilat komitəsi tərəfindən seçilmiş və konfransda təqdim olunmuş məqalələr konfransın materialları toplusunda nəşr ediləcəkdir.
• Konfransda əyani olaraq məruzə ilə çıxış edən şəxslərə sertifikat təqdim ediləcəkdir.
Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 450, ADAU-nun İnzibati binası, otaq № 23, AZ2000
Tel: (+99422) 266 23 85
Web: www.adau.edu.az


"Qeyri-neft sektoru və qlobal ərzaq təhlükəsizliyi problemləri” mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcək