Müasir media trendlərinə və jurnalistika sahəsinə marağı olan tələbələrin diqqətinə

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən “Gənc Aqrar Jurnalistlər” Klubu vakansiya və könüllülük proqramı çərçivəsində yeni üzvlərin qəbuluna start verir.

Əgər jurnalistikaya, müasir media sahəsinə və araşdırmalara maraq göstərir, aqrar sahədəki yenilikləri cəmiyyətə çatdırmaq istəyirsinizsə, bu fürsət sizin üçündür!

Klubun məqsədi nədir?
“Gənc Aqrar Jurnalistlər” klubu aqrar sahədə informasiya mübadiləsini genişləndirmək, media sahəsində peşəkar kadrlar yetişdirmək və tələbələrə praktiki biliklər qazandırmaq məqsədi daşıyır.

Klub sizə yalnız reportaj və məqalə yazma bacarıqlarınızı inkişaf etdirmək imkanı yaratmır, eyni zamanda komanda işi, kreativ və analitik düşüncə, həmçinin sosial media idarə etməsində müasir bacarıqlarınızı da formalaşdırır.

Kimlər Müraciət Edə Bilər?
Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri

Aqrar jurnalistikaya, mediaya və araşdırmalara marağı olanlar

Komanda ilə işləməyi sevən, yaradıcı və tənqidi düşüncəyə malik şəxslər

Araşdırma aparmaq, məqalə yazmaq və sosial mediada aktiv olmaq istəyənlər

Aqrar sahədə baş verən yenilikləri izləmək və onları geniş auditoriyaya çatdırmaq istəyənlər

Sizi Nə Gözləyir?
Peşəkar təlimlər və ustad dərsləri – Tanınmış jurnalist və media mütəxəssisləri ilə görüşlər
Yazı bacarıqlarının inkişafı – Xəbər, reportaj, müsahibə və analitik yazı təlimləri
Araşdırma və müsahibə təcrübəsi – Aqrar sahənin mütəxəssisləri ilə birbaşa ünsiyyət
Foto və video reportajlar – Çəkiliş və montaj bacarıqlarının öyrədilməsi
Rəqəmsal media təcrübəsi – Sosial media kontenti hazırlamaq və idarəetmə bacarığı
Sahəvi səfərlər və ekskursiyalar – Fermer və aqrar müəssisələrə tanışlıq turları
Sertifikatlar və beynəlxalq layihələr – Aktiv üzvlər üçün beynəlxalq tədbirlərə çıxış imkanı
Şəbəkələşmə və karyera dəstəyi – Gələcəyin aqrar jurnalisti kimi peşəkar əlaqələr qurmaq fürsəti

Xüsusi Könüllülük Proqramları
ADAU tələbələri üçün eksklüziv könüllülük və təcrübə imkanları
Aqrar sahədə fəaliyyət göstərən qurumlarla əməkdaşlıq
Rəqəmsal media layihələrində aktiv iştirak və real iş təcrübəsi

Fərqli təcrübə qazanmaq, aqrar jurnalistika sahəsində özünü sınamaq və peşəkar imkanlara qovuşmaq istəyirsənsə – sən də bizə qoşul!

Ətraflı məlumat: press@adau.edu.az

Sən də gələcəyin aqrar jurnalisti ol!


Müasir media trendlərinə və jurnalistika sahəsinə marağı olan tələbələrin diqqətinə