Macarıstanda təhsil imkanları mövzusunda seminar keçiriləcək

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 12 may tarixində saat 11:00-da Aqronomluq və Zoomühəndislik fakültəsinin 431‑ci otağında Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetinin (MATE) Beynəlxalq Əlaqələr və İnkişaf üzrə Baş Direktoru David Bekesi tərəfindən Macarıstanda təhsil imkanları – təqaüdlər, doktorantura proqramları, aqrar elmlər üzrə ixtisaslar və s. mövzusunda geniş seminar keçiriləcək.

Tədbirdə aşağıdakı mövzularda ətraflı məlumat veriləcək:
* Macarıstanda mövcud təqaüd proqramlarının şərtləri
* Doktorantura pilləsində təhsil qaydaları
* Aqrar elmlər sahəsində aparılan tədqiqat istiqamətləri
* MATE universitetindəki tədris mexanizmləri

Seminar ingilis dilində keçiriləcək.
Qeyd edək ki, tədbir 2024‑cü il oktyabr ayında MATE universiteti ilə imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində təşkil olunur və qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir.


Macarıstanda təhsil imkanları mövzusunda seminar keçiriləcək