Kiçik və Orta Sahibkarlıq Subyektlərində (KOS) Rəqəmsal Transformasiya üzrə bir həftəlik ustad dərsləri elan olunur

Təlimlər İtaliyanın Kalyari Universitetində post-doktorant tədqiqatçı kimi fəaliyyət göstərən Hüseyn Məmmədov tərəfindən təqdim olunacaq. Rəqəmsal innovasiyaların ən qabaqcıl sahələrinə dərindən nəzər salmaq üçün bu nadir imkanı qaçırmayın!

Tarixlər və Mövzular
Bütün sessiyalar 11:00–13:00 saatları arasında online Microsoft teams üzrərindən keçiriləcəkdir. Bütün sessiyalarda iştirak edən tələbələrimizə sertifikatlar təqdim olunacaqdır.

2 may 2025
KOS-larda Rəqəmsallaşmanın Təşviqediciləri və Maneələri: Rəqəmsal Transformasiyanın İnnovasiya Prosesi Kimi Tədqiqi – Müəyyənedici Amillərin Holistik Təhlili

3 may 2025
KOS-larda Rəqəmsallaşma üzrə Bibliometrik Təhlil: İtaliya və İspaniya Nümunəsində Müqayisəli Araşdırma

5 may 2025
İspaniyada KOS-lar üçün Süni İntellektin Qəbulu: Bacarıqlar və Kompetensiyaların Rolu – Generativ süni intellektin və işçi qüvvəsinin hazırlığının İspan KOS-larının rəqəmsal gələcəyini necə formalaşdırdığı

6 may 2025
Uğurlu Qəbulun Çağırışları və Təşviqedici Amilləri: KOS sektorunda e-ticarətin mənimsənilməsi üçün praktik strategiyaların və struktur imkanların müəyyənləşdirilməsi.


Kiçik və Orta Sahibkarlıq Subyektlərində (KOS) Rəqəmsal Transformasiya üzrə bir həftəlik ustad dərsləri  elan olunur