I-CRAFT’2025 - V Beynəlxalq Kənd Təsərrüfatı və Qida Texnologiyalarının Tədqiqi Konfransı Gəncədə keçiriləcək

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Çukurova Universitetinin (Türkiyə) birgə təşkilatçılığı ilə 20-23 oktyabr 2025-ci il tarixlərində Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “5-ci Beynəlxalq Kənd Təsərrüfatı və Qida Texnologiyalarının Tədqiqi Konfransı (I-CRAFT’2025)” keçiriləcək.

Konfransın əsas məqsədi kənd təsərrüfatı və qida texnologiyaları sahəsində fəaliyyət göstərən tədqiqatçıları, alimləri və sənaye nümayəndələrini bir araya gətirmək, innovasiyaların paylaşılmasını və beynəlxalq əməkdaşlığın gücləndirilməsini təmin etməkdir.

Tədbirə 15 ölkədən nümayəndələrin qatılması, 30-dan çox universitet və təşkilatın iştirakı, rəsmilərin plenar çıxışı və elmi təqdimat gözlənilir. Konfrans BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qlobal problemlərə yerli həll yollarının axtarışını da təşviq edir.

Məkan: Heydər Əliyev Mərkəzi, Gəncə
Tarix: 20–23 oktyabr 2025
Ətraflı məlumat və qeydiyyat: www.icraft-conference.com


I-CRAFT’2025 - V Beynəlxalq Kənd Təsərrüfatı və Qida Texnologiyalarının Tədqiqi Konfransı Gəncədə keçiriləcək