Gənclər gününün qeyd edilməsi barədə ƏMR

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ


ƏMR


2 fevral 2023-cü il
3-22-23/3-1-104/2023


Gənclər gününün qeyd edilməsi barədə


"2 fevral Gənclər günü"nün universitetdə qeyd edilməsi məqsədilə


ƏMR EDİRƏM:


1. Fakültə dekanlarına tapşırılsın ki, ictimai təşkilatlarla birlikdə fakültələrdə 02.02.2023-cü il tarixində "2 fevral Gənclər günü" ilə əlaqədar tələbə - gənclərlə tədbirlər, görüşlər keçirilsin.

2. Əmr ADAU-nun www.adau.edu.az internet səhifəsində yerləşdirilsin.

3. Ümumi şöbə (V.Hüseynova) əmrin çoxaldılaraq aidiyyatı struktur bölmələrə göndərilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A. Qasımovaya həvalə edilsin.

Əsas: Tərbiyə işləri üzrə prorektor A. Qasımovanın təhriri məruzəsi.

Rektor vəzifəsini icra edən
Zəfər Qurbanov