Gəncədə "GanJam Vol.1" adlı ilk oyun hakatonu keçiriləcək

2-4 may 2025-ci il tarixlərində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Azərbaycan Dövlət Aqrar Universiteti İnnovasiyalar Mərkəzi və IGDA Azerbaijanın təşkilatçılığı ilə Gəncədə "GanJam Vol.1" adlı ilk oyun hakatonu keçiriləcək! İstər təcrübəli, istərsə də yeni başlayan olun – bu fürsət sizin üçündür!

Bu hakatonda:

- Real oyun yaratma təcrübəsi qazanacaqsan
- Komanda ilə işləməyi öyrənəcəksən
- Maraqlı insanlarla tanış olacaqsan
- Mentor dəstəyi alacaqsan
- Və əylənəcəksən!

İştirak şərtləri:

- Giriş sərbəstdir – hər kəs iştirak edə bilər
- Komandalar 2-6 nəfərdən ibarət olmalıdır
- Öz noutbuk və avadanlığınızı gətirməlisiniz
- Qeydiyyat fərdi şəkildə aparılmalıdır
- Təcrübə vacib deyil – hər kəsə açıqdır!

Yaradıcılığını göstərmək üçün bu imkanı qaçırma!

Ünvan: ADAU, Gəncə
Açılış: 2 May

Qeydiyyat: GanJam 2025 - Qeydiyyat forması


Gəncədə "GanJam Vol.1" adlı ilk oyun hakatonu keçiriləcək