Gəncə Dövlət Aqrar Kollecində “Psixoloq” vəzifəsi üzrə vakansiya elan olunur

Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Aqrar Kolleci “Psixoloq” vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə haqqında məlumat:
Ştat: 1 (bir)
Müqavilənin növü: Müddətli
Əmək haqqı: Müsahibə əsasında
İş rejimi: 9:00 - 18:00

Tələblər:
Yaş: 25-50
İş stajı: 3 ildən az olmayaraq
Təhsil: Psixologiya, Təhsildə sosial psixoloji xidmət sahəsində ali təhsil

Bacarıqlar:
- İnsan (xüsusilə tələbə) psixologiyasına bələd olmaq;
- Psixoloji korreksiya sahəsində yenilikləri daim izləmək;
- Müşahidə qabiliyyəti;
- Analiz etmək bacarığı;
- Mübahisə psixologiyasıına bələd olmaq (konfiliktologiya);
- Müəllim - tələbə - valideyn üçbucağında empatiya qurmağı bacarmaq;
- Analitik düşüncəyə malik olmaq;
- Qeyri standart vəziyyətlərdə qərar qəbul etməyi bacarmaq.

CV-lərinizi gdak.edu.info@gmail.com ünvanına göndərə bilərsiniz. Mövzu hissəsində “Psixoloq” yazmağı unutmayın.

Son müraciət tarixi: 10.07.2025