Gəncə Dövlət Aqrar Kollecində “Hüquq məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan olunur

Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Aqrar Kolleci “Hüquq məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə haqqında məlumat:
Ştat: 1 (bir)
Müqavilənin növü: Müddətli
Əmək haqqı: Müsahibə əsasında
İş rejimi: 9:00 - 18:00

Tələblər:
Yaş: 25-50
İş stajı: 3 ildən az olmayaraq
Təhsil: Hüquq sahəsində ali təhsil (bakalavr)
Dil biliyi: Azərbaycan-səlis, rus və ingilis dilləri arzu olunandır;
MS Office proqramları biliyi;

Bacarıqlar:
- Məsuliyyət, təşkilatçılıq və qərarvermə kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Mülki, mülki-prosessual, əmək, daşınmaz əmlak sahəsində qanunvericiliyi mükəmməl bilmək.

CV-lərinizi gdak.edu.info@gmail.com ünvanına göndərə bilərsiniz. Mövzu hissəsində “Hüquq məsləhətçisi” yazmağı unutmayın.

Son müraciət tarixi: 10.07.2025