Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) doktorantların (dissertantların) əlavə imtahanlarına (minimum və fərq imtahanlarına) ərizə qəbulu elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli 06-R nömrəli qərarı ilə təsdiq edilmiş Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydasının ikinci bəndinin 2.1. yarımbəndinə əsasən fəlsəfə doktoru proqramı üzrə ixtisas fənni və elm sahəsinin ümumelmi əsaslarından əlavə imtahanlarının (minimum və fərq imtahanları) 2023-cü il may ayında keçirilməsi nəzərdə tutulmuşdur.

Bununla əlaqədar olaraq 12 aprel 2023-cü il tarixindən 30 aprel 2023-cü il tarixinədək doktorantların (dissertantların) ərizələri qəbul ediləcəkdir.

QEYD: Ərizələrin qəbulu Universitetin elm şöbəsində həyata keçirilir.