Biotəhlükəsizlik və biomühafizə mövzusunda təlim keçiriləcək

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 25 fevral 2025-ci il tarixində saat 15:00-da “Biotəhlükəsizlik və Biomühafizə” mövzusunda təlim təşkil olunacaq. Təlim bioloji materiallarla işləyən mütəxəssislərin bilik və bacarıqlarını artırmaq, eləcə də laboratoriya şəraitində təhlükəsiz iş prinsiplərini öyrətmək məqsədini daşıyır.

Baytarlıq təbabəti fakültəsinin dekanı, fəlsəfə doktoru, dosent Şəlalə Zeynalova tərəfindən keçiriləcək “Biotəhlükəsizlik və Biomühafizə” təlimində iştirakçılar biotəhlükəsizlik qaydaları, fərdi mühafizə geyimləri, tullantıların idarə edilməsi, patogen mikroorqanizmlərlə təhlükəsiz iş və genetik manipulyasiyaların riskləri barədə məlumat əldə edəcəklər.

Təlimdə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
QEYDİYYAT LİNKİ

Əlavə məlumat üçün əlaqə:
+994 55 506 62 79
vetmed.asau@gmail.com


Biotəhlükəsizlik və biomühafizə mövzusunda təlim keçiriləcək