“Azərbaycan kənd təsərrüfatında Bitki mühafizəsi sektorunda mövcud inkişaflar” mövzusunda karyera tədbiri keçiriləcək

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin EGE Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində 6 may saat 12:00-da ADAU-nun yeni korpusunda (451-ci otaq, akt zalı) “Azərbaycan kənd təsərrüfatında Bitki mühafizəsi sektorunda mövcud inkişaflar” mövzusunda karyera tədbiri keçiriləcək.

Tədbirdə sahədəki yeniliklər, gələcək iş imkanları və müasir texnologiyaların tətbiqi müzakirə olunacaq. İkili diplom proqramı çərçivəsində təhsil alan bütün tələbələr dəvətlidir.


“Azərbaycan kənd təsərrüfatında Bitki mühafizəsi sektorunda mövcud inkişaflar” mövzusunda karyera tədbiri keçiriləcək