Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları
Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-ci il tarixli 275 s nömrəli sərəncamı ilə təsdiq olunmuş plan əsasında 2025-ci il üçün fəlsəfə doktoru proqramları üzrə doktoranturaya (əyani və qiyabi) qəbul elan edir.
Fəlsəfə doktoru proqramları üzrə doktoranturaya sənəd qəbulunun 13 may– 2 iyun 2025-ci il tarixlərində həyata keçirilməsi nəzərdə tutulub.
Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizə;
• kadrların şəxsi qeydiyyat vərəqi;
• tərcümeyi-hal;
• iş yerindən xasiyyətnamə;
• iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
• çap olunmuş elmi əsərlərin siyahısı (elmi əsərlərin surətləri əlavə edilməklə) və ya seçilmiş ixtisasa aid olan mövzu üzrə referat;
• ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin (qiymət cədvəlinin) notarial qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması haqqında Təhsil Nazirliyinin şəhadətnaməsi);
• şəxsiyyəti təsdiq edən sənədin surəti;
• elmi rəhbərin razılıq sənədi;
1. Qeyd: Qəbul Komissiyası tərəfindən doktoranturaya qəbul olmaq istəyən şəxslərin sənədləri yoxlanılır və ixtisas uyğunluğu müəyyən edilir.
2. Sənəd qəbulu prosesində doktoranturaya qəbul olmaq istəyən şəxsin nəzərdə tutulan elmi rəhbəri tərəfindən razılıq qərarı yazılı surətdə Qəbul Komissiyasına təqdim edilməlidir. Elmi rəhbərin rəyi olmadan sənəd qəbulu tamamlanmır. Qəbul Komissiyası nəzərdə tutulan elmi rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir.
Doktoranturaya (vətəndaş və əcnəbi) qəbulun elektron qeydiyyatı
Ali təhsil müəssisələrinə doktorant qəbulu üzrə e-müraciət sistemi TƏLİMATI
Əlavə məlumat üçün Elm şöbəsinə yaxınlaşa bilərsiz.
elm@adau.edu.az
Tel: 022 266 23 85