Aprel döyüşlərinə həsr olunmuş tədbirlər barədə ƏMR

Azərbaycan Ordusunun aprel döyüşləri ildönümünün universitetdə qeyd edilməsi məqsədilə

ƏMR EDIRƏM:


1.Fakültə dekanlarına tapşırılsın:
1.1. 05.04.2023-cü il tarixində ilk dərs saatları aprel döyüşlərinə həsr edilsin;
1.2. İctimai təşkilatlarla birlikdə professor-müəllim heyəti Şəhidlər Xiyabanına ziyarəti təşkil edilsin;
1.3. İctimai təşkilatlarla birlikdə 05.04.2023-cü il tarixində aprel döyüşlərinə aid filmlər nümayiş etdirilsin və tədbirlərin keçirilməsini təmin etsinlər .

2. Əmr ADAU-nun www.adau.edu.az internet səhifəsində yerləşdirilsin.

3. Ümumi şöbə (V.Hüseynova) əmri çoxaldaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

4.Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

Əsas: Tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təhriri məruzəsi.

Rektor vəzifəsini icra edən:
Zəfər Qurbanov