ADAU və Huelva Universiteti arasında Erasmus+ KA171 mobilik proqramı müəllim seçimi tamamlandı

Azərbaycan Dövlət Aqrar Universiteti ilə İspaniyanın Huelva Universiteti arasında bağlanmış Erasmus+ K171 mübadilə proqramı çərçivəsində 5 gün müddətində Huelva Universitetində mobillik proqramında iştrak edən müəllimlərin seçim prosesi başa çatıb.

Məlumat olaraq bildiririk ki, Aqrar İqtisadiyyat fakültəsinin 5 müəllimi proqramda iştirak üçün müraciət etmiş və 4 müəllimi Huelva Universitetində mobillik proqramında iştrak hüququ əldə ediblər:
Maliyyə və mühasibat uçotu kafedrasının müdiri, professor Məhərrəm Hüseynov
Aqrar sahənin iqtisadiyyatı kafedrasının müdiri, dosent Raminə Mustafayeva
Aqrar sahənin iqtisadiyyatı kafedrasının baş müəllimi Rahil Cabbar oğlu Muradov
Maliyyə və mühasibat uçotu kafedrasının baş müəllimi Firuzə Məmmədova

Seçilən heyyətin hər bir uğurlar arzu edirik!