ADAU tələbəsi beynəlxalq uğurları ilə seçilir

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar iqtisadiyyat fakültəsinin “Mühasibat” ixtisası üzrə II kurs tələbəsi Nurəli Məmmədov beynəlxalq tədbirlərdə fəal iştirakına və akademik nailiyyətlərinə görə bir sıra nüfuzlu sertifikatlarla təltif edilib.

O, COP29 Beynəlxalq İqlim Sammitindəki fəaliyyəti, təşəbbüskarlığı və yüksək peşəkarlığı ilə seçilərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi təşəkkürnamə ilə mükafatlandırılıb. Eyni zamanda, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil tərəfindən də fəallığı sertifikatla qiymətləndirilib.

Bundan əlavə, 2024-cü ildə Bakıda keçirilən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisində uğurlu iştirakına görə sertifikat alıb.

Həmçinin, akademik biliklərini təsdiqləyən İELTS və SAT sertifikatlarını əldə edərək, dil və məntiqi düşünmə bacarıqlarını sübut edib.

Tələbəmizə gələcək fəaliyyətində uğurlar arzulayırıq!


ADAU tələbəsi beynəlxalq uğurları ilə seçilir