Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ADAU-EGE ikili diplom proqramının ilk məzunu olan Fəridə Bayramova Bitki Mühafizəsi ixtisası üzrə təhsil alan tələbələrlə görüşəcək.
“HERBS Agro Tech” şirkətində texnik və satış təmsilçisi olaraq fəaliyyət göstərən və eyni zamanda Ege Universitetində magistratura təhsili alan Fəridə Bayramova görüşdə öz karyera yolundan, bu günə qədər keçdiyi inkişaf mərhələlərindən, əldə etdiyi təcrübələrdən və uğura gedən yolda qarşılaşdığı çətinliklərdən bəhs edəcək.
Tarix: 15 may 2025
Saat: 12:00
Ünvan: ADAU Yeni korpus, 317-ci otaq
Mövzu: Bitki Mühafizəsi ixtisası üzrə III kurs tələbələri ilə görüş (“Herbologiya” dərsi çərçivəsində)
Gələcəyin aqrar mütəxəssislərini bu görüşdə fəal iştirak etməyə dəvət edirik!